Bakıda "KAMAZ"ın rəsmi dillerlərinin illik konfransı keçirilib

Bakıda "KAMAZ"ın rəsmi dillerlərinin illik konfransı keçirilib "KAMAZ"ın baş direktoru Serqey Koqoqin rəhbərlik etdiyi şirkətin 2016-ci ildəki fəaliyyətinin yekunları barədə danışıb
İnfrastruktur
4 Mart , 2017 16:57
Bakıda KAMAZın rəsmi dillerlərinin illik konfransı keçirilib

Bakı. 4 mart. REPORT.AZ/ Bakıda “KAMAZ” ASC-nin rəsmi dillerlərinin XXI illik konfransı keçirilib.

Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyindən “Report”a verilən xəbərə görə, konfransda çıxış edən “KAMAZ”ın baş direktoru Serqey Koqoqin rəhbərlik etdiyi şirkətin 2016-ci ildəki fəaliyyətinin yekunları barədə danışıb. 

Onun sözlərinə görə, ötən il müəssisə Rusiyanın avtomobil bazarında iştirak payını 51%-dən 56%-ə çatdırıb. 

Bundan başqa, tədbirdə “KAMAZ”ın top-menecerləri öz məruzələri ilə dilerlərin qarşısında çıxış ediblər, dəyirmi masalar çərçivəsində avtomobillərin satışı ilə bağlı maliyyə xidmətləri və s. məsələləri müzakirə edilib.

Xatırladaq ki, 2015-ci il aprelin 14-də Tatarıstan prezidenti Rüstəm Minnixanovun Azərbaycana səfəri çərçivəsində “KAMAZ” avtomobillərinin “Gəncə avtomobil zavodun”da istehsal edilən yığma xəttinin açılış mərasimi olub.

Son xəbərlər

Orphus sistemi