Yuxarı
    Bağlamaq

    Bakıda işıqforların ardıcıl olaraq yaşıl yanacağı küçələr açıqlanıb

    Bununla paytaxt küçələrində nəqliyyatın hərəkətinin sıxlığının aradan qaldırılması nəzərdə tutulub

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakıda yeni tədris ili başlayarkən avtomobil yollarında hərəkəti asanlaşdırmaq və sıxlığın qarşısını almaq məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "yaşıl dalğa"ların (işıqforlarda ardıcıl yaşıl işıqlarının yanması) sayını artırır.

    NİİM-dən "Report"a daxil olan məlumata görə, həmin küçələrin adları artıq müəyyənləşdirilib:

    "Yaşıl dalğa" prinsipi ilə işləyən küçə və prospektlər
    Hərəkət istiqamətinin adı
    1 Abbasqulu ağa Bakıxanov küçəsi
    2 Rəşid Behbudov küçəsi
    3 Tbilisi prospekti
    4 Üzeyir Hacıbəyov küçəsi
    5 Zərifə Əliyeva küçəsi
    6 Akademik Həsən Əliyev küçəsi
    7 Alfred Nobel prospekti
    8 Hüseyn Cavid küçəsi
    9 Bülbül prospekti
    10 Səməd Vurğun küçəsi
    11 Cəfər Cabbarlı küçəsi
    12 Hənifə Ələsgərova küçəsi
    13 Təbriz küçəsi
    14 Abbas Mirzə Şərifzadə küçəsi
    15 Qara Qarayev prospekti

    Qeyd edək ki, "yaşıl dalğa"lar əsasən təhsil ocaqları olan ərazilərdə həyata keçirilir, yəni universitetlər, texnikumlar və orta təhsil müəssisələri olan əraziləri əhatə edir. Qeyd olunan küçələrdə işıqforun ardıcıl olaraq yaşıl yanması, yəni həmin ərazidə avtomobillərin dayanmadan hərəkəti nəzərdə tutulur. Həmin ərazilərdə "yaşıl dalğa"ların sayı xüsusilə artırılıb və bu proses davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi