Yuxarı

​Bakıda "İmam Zaman" məscidinin qarşısındakı yol qazılır

Küçəyə yeni asfalt-beton örtüyü döşənəcək

Bakı. 10 iyul. REPORT.AZ/ Bakıda Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsi təmir olunur. Təmir işləri küçənin “İmam Zaman” məscidinin qarşısından Ramiz Qəmbərov küçəsi ilə kəsişməsinədək olan hissəsində görülür.

Bunu "Report"a Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC-nin mətbuat xidmətindən bildiriblər.

Uzunluğu 690 metr, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün mühəndis-kommunikasiya xətləri çəkilmiş xəndəklər bərkidilir, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Ümumilikdə küçənin 10,8 min kv. metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.

Bundan başqa, R.Rüstəmov küçəsində köhnə səki daşlarının yeniləri ilə əvəzlənməsi işləri aparılır. Küçəyə təqribən 700 paqon metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi