Bakıda "İctimai qınaq" aksiyası keçirilir

Bakıda "İctimai qınaq" aksiyası keçirilir Aksiya dayanacaqları zəpt edən qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə bağlıdır
İnfrastruktur
16 Sentyabr , 2015 17:48
Bakıda İctimai qınaq aksiyası keçirilir

Bakı. 16 sentyabr. REPORT.AZ/ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı şəhərində “İctimai qınaq” adlanan aksiyaya başlayıb.

“Report” xəbər verir ki, aksiya Bakı sakinlərinin şikayəti üzərinə avtobus dayanacaqlarını zəbt edən qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə bağlıdır.

NİİM sərnişinlərə müraciət edərək bildirib ki, dayanacaqları zəbt edən qanunsuz taksi fəaliyyəti ilə məşğul olan avtomobil gördükdə onun fotosunu çəkib, avtomobilin seriya nömrəsini götürüb NİİM-ə göndərə bilərlər. Həmin məlumatlar Dövlət Yol Polisi İdarəsinə göndəriləcək və problemlə bağlı tədbir görüləcək.

Son xəbərlər

Orphus sistemi