Bakıda "Formula 1" ilə əlaqədar bəzi marşrut xətlərinin hərəkətləri dəyişdirilib

Bakıda "Formula 1" ilə əlaqədar bəzi marşrut xətlərinin hərəkətləri dəyişdirilib 5, 6, 88 və 125 nömrəli marşrut xətlərində dəyişiklik daha tez baş verib
İnfrastruktur
15 İyun , 2017 11:02
Bakıda Formula 1 ilə əlaqədar bəzi marşrut xətlərinin hərəkətləri dəyişdirilib

Bakı. 15 iyun. REPORT.AZ/ Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. 

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.

Qeyd edək ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər iyunun 17-nə planlaşdırılsa da, “Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5, 6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası artıq dəyişdirilib.

Son xəbərlər

Orphus sistemi