Yuxarı
    Bağlamaq

    Bakıda daha iki küçənin təmirinə başlanılıb

    Təmir-bərpa işləri ilə əlaqədar küçələrdə hərəkət hissə-hissə məhdudlaşdırılır

    Bakı. 20 may. REPORT.AZ/ “Azəravtoyol” ASC tərəfindən Nəsimi rayonunda iki küçədə təmir-bərpa işlərinə başlanılıb.“Azəravtoyol”un Mətbuat Katibliyindən “Report”a verilən xəbərə görə, təmir işlərinin aparıldığı küçələr Hüseynbala Əliyev küçəsi, həmçinin Süleyman Rüstəm küçəsinin Koveroçkin və Füzuli küçələri arasında yerləşən hissəsidir.

    Hüseynbala Əliyev küçəsinin uzunluğu 650 metr, eni isə 14 metrdir.Burda təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənəcək, mövcud səkilər bərpa olunaraq, asfaltlanacaq. Ümumilikdə yol kənarlarına1100 paqon-metryeni səki daşı düzüləcək.

    Bundan başqa, asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınacaq. Bunun əvəzinə isə10 min kv.msahəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

    Aparılan işlər zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqları yenisi ilə əvəzlənəcək.

    Təmir-bərpa işlərinin aparıldığı Süleyman Rüstəm küçəsinin Koveroçkin və Füzuli küçələri arasında yerləşən hissəsinin uzunluğu 950 metr, eni isə 9 metrdir.Təmir-bərpa işləri bu küçədə də həyata keçirilir. Yəni yol boyu 1800 paqon-metrköhnə səki daşı yenisi ilə əvəzlənir, mövcud səkilər bərpa olunur. Bununla yanaşı, küçənin9 min kv.msahəsində köhnə asfalt-beton örtüyünün üst qatı tamamilə yenilənəcək.

    Aparılan işlər zamanı mövcud yeraltı komunikasiya xətləri yenilənir, ehtiyyac olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəzlənir, həmçinin yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınır.

    Hər iki küçədə işlər tərtib olunan qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.

    Qeyd edək ki, təmir-bərpa işləri ilə əlaqədar küçələrdə hərəkət hissə-hissə məhdudlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi