Bakıda daha bir yolun təmiri başa çatır

Bakıda daha bir yolun təmiri başa çatır Ərazidə aparılan təmir-bərpa işləri yaxın günlərdə yekunlaşacaq
İnfrastruktur
25 May , 2015 11:28
Bakıda daha bir yolun təmiri başa çatır

Bakı. 25 may. REPORT.AZ/ Bakıda Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində həyata keçirilən təmir işləri yekunlaşmaq üzrədir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, küçənin ümumi uzunluğu 2 200 metr, hərəkət hissəsinin eni isə 20 metrdir. Küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yeni yol yatağı salınır. Müəyyən hissələrdə yolun hərəkət zolağının genişləndirməsi işləri də həyata keçirilib. Artıq küçə frezlənib və yeni asfalt-beton örtüyünün vurulması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə burda 45 min kv. metr sahəyə asfalt vurulacaq. Səkilərdə və ayrıcı zolaqda abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək.

Artıq küçə boyu 8 200 paqon metr yeni səki daşı düzülüb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalızasıya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

Ərazidə kommunikasiya, xüsusən də su, qaz, işıq və rabitə xətlərinin çəkilişi ilə məşğul olan qurumlar da qazıntı işləri apararaq, yeni xətlərin çəkilişi işlərini həyata keçirir. İki böyük prospekti birləşdirən Ə.Qayıbov küçəsində kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq.

Qeyd edək ki, yenidənqurma işlərinin yaxın günlər ərzində tamamlanması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi