Yuxarı
    Bağlamaq

    ​Bakıda daha bir yol təmir edilir

    Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır

    Bakı. 16 aprel. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonu Sadıqcan küçəsində təmir-tikinti işlərinə başlanılıb. "Report"un "Azəravtoyol" ASC-dən aldığı məlumata görə, küçənin uzunluğu 1 km, ortalama eni isə 15 metrdir.

    “Azəravtoyol” tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınıb, ərazidən daşınır, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənir. Ümumilikdə, küçənin 15 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq və küçə boyu 2 min poqon metr yeni səki daşı düzüləcək.

    Qurumun məlumatında deyilir ki, piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunaraq asfaltlanacaq. Bundan başqa, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sitemi yaradılacaq, kommunikasiya xətlərinin baxış qapaqları yenilənəcək.

    Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun hərəkət hissəsinin xətlənməsi işləri aparılacaq.

    Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi