Yuxarı

Bakıda daha bir yol "Formula-1"lə əlaqədar bağlanacaq

Məhdudiyyət iki gün davam edəcək

Bakı. 10 fevral. REPORT.AZ/ Bakıda "Formula-1" yarışının keçirilməsi ilə əlaqədar olaraq su borularının dəyişdirilməsi məqsədilə fevralın 10-11-də İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq. 

Bu barədə "BakuBus" MMC-dən "Report"a daxil olan məlumatda bildirilir. 

Qeyd edilib ki, bu küçələrlə gələn avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcək. "BakuBus"a məxsus 6 saylı marşrut avtobusları da müvəqqəti olaraq hərəkət istiqamətini dəyişəcək və Şəhidlər xiyabanı istiqamətində hərəkətinə davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi