Bakıda daha bir neçə yolda sürət həddi aşağı salınıb

Bakıda daha bir neçə yolda sürət həddi aşağı salınıb Sürücülərə avtomobili 60 km/saat-dan artıq sürətlə idarə etməyə icazə verilmir
İnfrastruktur
31 Yanvar , 2017 10:29
Bakıda daha bir neçə yolda sürət həddi aşağı salınıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakıda Binə qəsəbəsindən Mərdəkan qəsəbəsi, eyni zamanda Buzovna - Zağulba qəsəbələri istiqamətində avtomobil yollarında sürət həddi bütün zolaqlar üzrə endirilib. 

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. 

Məlumata görə, qeyd edilən istiqamətlər üzrə sürət həddi 60 km/ saat müəyyən edilib. 

"Sürət həddinin aşağı salınması qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsi ilə əlaqədar icra edilib. Bir daha qeyd edirik ki, Bakı Nəqliyyat Agentliyi paytaxt yollarına nəzarəti gücləndirib. Mövcud vəziyyətlə bağlı operativ şəkildə məlumat veriləcək", - deyə BNA-dan qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi