Yuxarı
    Bağlamaq

    Bakıda daha bir neçə küçədə səki daşları yenilənib

    Axşama qədər asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır

    Bakı. 17 aprel. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri davam etdirilir. Təmirinə başlanılan Çernyavski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb.

    Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, İsmayıl Hidayətzadə küçəsində səki daşları yenilənib, mövcud asfalt-beton örtüyü qaşınaraq ərazidən kənarlaşdırılıb.

    "Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Bu axşam asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır", - deyə məlumatda qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi