Yuxarı

​Bakıda daha bir marşrut xətti istifadəyə verilir

Sabahdan yeni 4 saylı marşrut avtobusu test rejimində fəaliyyətə başlayır

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakıda daha bir marşrut xətti istifadəyə verilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, oktyabrın 10-dan paytaxtda yeni 4 saylı marşrut avtobusu test rejimində fəaliyyətə başlayır.

4 saylı marşrut avtobusunun hərəkət istiqaməti "Nərimanov" metro stansiyası - "Gənclik" metro stansiyası – Azadlıq pr. – "28 may" metro stansiyası – Xətai pr. olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi