Bakıda daha bir küçə təmir olunub

Bakıda daha bir küçə təmir olunub Küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb
İnfrastruktur
14 Noyabr , 2016 17:52
Bakıda daha bir küçə təmir olunub

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı şəhəri Xətai rayonunun Cavanşir küçəsində təmir işləri aparılıb. Küçənin uzunluğu 1 300 metr, eni isə 12,5 metrdir.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb. Küçə boyu 2 500 poqon metr köhnə səki daşı yenilənib, yeni piyada səkilərinin tikintisi, mövcudlarının isə bərpa edilməsi istiqamətində addımlar atılıb. Bundan başqa, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri həyata keçirilib.

Daha sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə 18 min kv. m sahə asfaltlanıb.

Təmir işləri zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yol nişanları quraşdırılaraq, yolun xətlənməsi işləri görülüb.

Son xəbərlər

Orphus sistemi