Bakıda daha bir küçə təmir edilir

Bakıda daha bir küçə təmir edilir İşlərin intensiv aparılması məqsədilə təmir işləri gecə saatlarında da davam etdirilir
İnfrastruktur
13 Mart , 2015 15:01
Bakıda daha bir küçə təmir edilir

Bakı. 13 mart. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində X.Natəvan küçəsinin təmirinə başlanılıb. 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin "Report"a verdiyi məlumata görə, uzunluğu 1 800 metr olan küçənin eni keçdiyi ərazilərdən asılı olaraq 14-15 metr arasında dəyişir.

"Artıq yolun 600 metrlik hissəsində köhnə asfalt-beton örtük qaşınaraq yenisi ilə əvəzlənir. İşlərin intensiv aparılması məqsədilə təmir işləri gecə saatlarında da davam etdirilir", - P.Mürsəliyev bildirilib.

Son xəbərlər

Orphus sistemi