Bakı. 13 mart. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində X.Natəvan küçəsinin təmirinə başlanılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin "Report"a verdiyi məlumata görə, uzunluğu 1 800 metr olan küçənin eni keçdiyi ərazilərdən asılı olaraq 14-15 metr arasında dəyişir.
"Artıq yolun 600 metrlik hissəsində köhnə asfalt-beton örtük qaşınaraq yenisi ilə əvəzlənir. İşlərin intensiv aparılması məqsədilə təmir işləri gecə saatlarında da davam etdirilir", - P.Mürsəliyev bildirilib.