Bakıda daha 55 taksi dayanacağı yaradılıb

Bakıda daha 55 taksi dayanacağı yaradılıb Bu addım vətəndaş müraciətləri nəzərə alınaraq atılıb
İnfrastruktur
27 Fevral , 2018 15:22
Bakıda daha 55 taksi dayanacağı yaradılıb

Bakı. 27 fevral. REPORT.AZ/ Bakıda yeni taksi dayanacaq məntəqələrinin müəyyənləşdirilməsi işləri davam edir. Bu çərçivədə aparılan təhlillərin nəticəsinə əsasən, həmçinin daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, daha 55 ünvanda taksi dayanacaq məntəqəsi təşkil edilib. 

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu çərçivədə aparılan təhlillərin nəticəsinə əsasən, həmçinin daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq həmin addım atılıb: “Artıq yeni məntəqələrə müvafiq nişanlar qoyulur və yol nişanlanma xətləri çəkilir”.

Son xəbərlər

Orphus sistemi