Yuxarı
    Bağlamaq

    Bakıda bu ilin altı ayında 26 küçə və prospekt təmir edilib

    Paytaxtın inzibati rayonları ərazisində 157, 2 min kv. m sahədə cari təmir işləri yerinə yetirilib

    Bakı. 19 iyul. REPORT.AZ/ “Azəravtoyol” ASC tərəfindən bu ilin birinci yarısı ərzində Bakı şəhərində ümumi uzunluğu 31,9 km, yol örtüyünün sahəsi 331,9 min kv. m olan Binəqədi, Nizami, Xətai, Yasamal, Nərimanov, Nəsimi, Səbael, Suraxanı, Qaradağ və digər rayonlarda 26 adda prospekt və küçə yenidən qurulub və təmir olunub. 

    Qurumdan "Report"a daxil olan məlumata görə,  Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 157, 2 min kv. m sahədə cari təmir işləri yerinə yetirilib.

    Ümumilikdə respublika üzrə isə uzunluğu 230,0 km olan avtomobil yolları, prospekt və küçələr (respublika əhəmiyyətli - 135,7 km, yerli əhəmiyyətli - 62,4 km, Bakı şəhər yolları - 31,9 km) yenidən qurulub və təmir olunub.

     “Azəravtoyol” ASC üzrə bu ilin yarım ilində 465,4 min ton asfalt-beton istehsal edilib, 25,6 min ton bitum və 1,9 min ton mazut istifadə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi