​Bakıda bələdiyyə torpaqlarının qeydiyyatı ilə bağlı forum keçiriləcək

​Bakıda bələdiyyə torpaqlarının qeydiyyatı ilə bağlı forum keçiriləcək Tədbirin məqsədi torpaq münasibətlərində "bir pəncərə" sisteminin mahiyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılmasıdır
İnfrastruktur
23 Noyabr , 2015 10:25
​Bakıda bələdiyyə torpaqlarının qeydiyyatı ilə bağlı forum keçiriləcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Sabah Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində "Torpaq münasibətlərinin tənzimlənməsində "bir pəncərə": bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar" mövzusunda işgüzar forum keçiriləcək. 

"Report" Komitənin məlumatına istinadən xəbər verir ki, tədbirdə Komitənin Aparatı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın şəhər və rayon bələdiyyəsinin sədrləri iştirak edəcəklər.

Tədbirin əsas məqsədi torpaq münasibətlərinin tənzimlənməsində Komitənin tətbiq etdiyi "bir pəncərə" prinsipinin mahiyyəti, bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Son xəbərlər

Orphus sistemi