Yuxarı
    Bağlamaq

    Bakıda Balababa Məcidov və Abdulla Şaiq küçələrinə asfalt-beton örtük döşənir

    Bu işlər Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə aparılır© azeravtoyol.gov.az

    Bakı. 17 mart. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması layihələr çərçivəsində Balababa Məcidov və Abdulla Şaiq küçəsinin bir hissəsində artıq asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. "Azəratoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, yenidən qurulan B.Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılıb. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri də inşa edilib.

    Sözügedən küçəyə üçqat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtük döşənir. Artıq bu işlər yekunlaşmaq üzrədir. Belə ki, örtüyün 5 sm qalınlığında olan son aşınma qatı döşənir. Bundan başqa layihə çərçivəsində yeni kommunikasiya xətləri və yağış suları üçün 1 300 p/m drenaj xətti qurulub, işıqlandırma dirəkləri quraşdırılıb, səkilərə tamet daşlar düzülüb.

    Tikinti işlərinin aparıldığı Abdulla Şaiq küçəsinin uzunluğu isə 1 825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Hazırda isə yolun hərəkət hissəsinin eni 7-15 metr arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla küçə 19 metrə qədər genişləndirilib.

    Burada da asfaltlanma işlərinə başlanılıb. Artıq küçənin 700 metrlik Əbilov və Füzuli küçələri arasında yerləşən hissəsinə asfalt-beton örtüyünün ilk layı vurulub. Hazırda sözügedən ərazidə piyada səkilərinin tikintisi və səki daşlarının düzülməsi işləri aparılır.

    Layihə çərçivəsində digər küçələrdə isə torpaq yatağının və hamarlayıcı layın tikintisi, kommunikasiya xətlərinin köçürülməsi və bu işlərə paralel olaraq layihə çərçivəsində əraziboyu kommunikasiya xətlərinin inşası işləri aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi