Yuxarı

Bakıda avtobus dayanacaqlarında xüsusi xətlər çəkilir

Yaxın günlərdə bu istiqamətdə işlər tam olaraq yekunlaşdırılacaq

Bakı. 24 avqust. REPORT.AZ/ Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üçün Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC işlərin icrasına başlayıb. 

"Report" xəbər verir ki, tədbirlər planına əsasən, paytaxtın prospekt və küçələrində avtobus dayanacaqları üçün avtobusların qabarit ölçüləri nəzərə alınmaqla müəyyən edilmiş ölçüdə nişanlama xətlərinin çəkilməsi işləri aparılır. 

Artıq 170 ünvanda yerləşən dayanacaqlarda işlər icra olunub. Hazırda digər küçələrdə analoji xətlənmə işləri həyata keçirilir. Yaxın günlərdə bu istiqamətdə işlər tam olaraq yekunlaşdırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi