Bakıda avtobus və taksilər üçün bilet satışı sistemi tətbiq olunacaq

Bakıda avtobus və taksilər üçün bilet satışı sistemi tətbiq olunacaq Bu, köhnə avtonəqliyyat vasitələrinə aiddir
İnfrastruktur
21 Dekabr , 2016 12:56
Bakıda avtobus və taksilər üçün bilet satışı sistemi tətbiq olunacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı şəhəri ərazisində ictimai nəqliyyatda və taksi xidməti sahələrində bilet satışı sistemi tətbiq olunacaq. 

"Report"un məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib. 

Onun sözlərinə görə, hazırda Bakıda müntəzəm marşrutda 450 ədəd avtobusda vahid ödəniş kart sistemi tətbiq edilib və bu sistem müasir avtobuslarda asanlıqla tətbiq edilir: "Lakin müəyyən köhnə avtobuslarda bu sistemin tətbiqi mümkün olmadığına görə, onlarda bilet satışı sisteminin tətbiqi nəzərdə tutulub. Bu sistemin, həmçinin analoji vəziyyətdə olan taksilərə tətbiq edilməsi planlaşdırılır".

Son xəbərlər

Orphus sistemi