Bakıda 31 nömrəli avtobus marşrutunun hərəkət trayektoriyası dəyişib

Bakıda 31 nömrəli avtobus marşrutunun hərəkət trayektoriyası dəyişib Sərnişinlər xüsusi nəqliyyat vasitəsilə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsi, eləcə də əks istiqamətə ödənişsiz daşınacaqlar
İnfrastruktur
17 Yanvar , 2017 09:21
Bakıda 31 nömrəli avtobus marşrutunun hərəkət trayektoriyası dəyişib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakı şəhərində 31 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət trayektoriyasında dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumata görə, "Azərsu” ASC-nin Səbail rayonu Tofiq Məmmədov ilə Neftçilər küçəsinin kəsişməsindən başlayacaq və Yeni yaşayış sahəsinədək davam edəcək təmir işləri ilə əlaqədar bu dəyişiklik edilib.

"Təmir işləri ilə əlaqədar yanvarın 23-dən 31 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların son dayanacaq nöqtəsi Səbail rayonu Tofiq Məmmədov ilə Neftçilər küçəsinin kəsişməsi müəyyən edilib. Təmir işləri davam etdiyi müddətdə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinədək olan ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq və rahatlığını təmin etmək üçün BNA-nın təşəbbüsü ilə 31 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı şirkət xüsusi nəqliyyat vasitələri ayırıb. Belə ki, qeyd edilən məsafədə 31 nömrəli müntəzəm marşrut xətti üzrə istifadədə olan avtobusların hərəkəti mümkünsüz olduğundan sərnişinlərin xüsusi nəqliyyat vasitəsilə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsi, eləcə də əks istiqamətdə ödənişsiz daşınması təmin ediləcək", - deyə BNA-nın məlumatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi