Yuxarı
    Bağlamaq

    Bakı yollarında sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək

    Nazirlər Kabineti bununla bağlı Bakı Nəqliyyat Agentliyinin təklifini qəbul edib

    Bakı. 5 yanvar.REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək. BNA-dan "Report"a verilən məlumata görə, məqsəd Bakıda müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən, əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır. 

    "Bakı Nəqliyyat Agentliyinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. İlkin olaraq Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib", - deyə BNA-nın məlumatında qeyd edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi