Bakı və Anaklia limanları əməkdaşlıq edəcək

Bakı və Anaklia limanları əməkdaşlıq edəcək Sənədi Azərbaycan tərəfindən Taleh Ziyadov və Gürcüstan tərəfindən Levan Axveldiani imzalayıb
İnfrastruktur
28 Noyabr , 2017 19:20
Bakı və Anaklia limanları əməkdaşlıq edəcək
Report

Tbilisi. 28 noyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Gürcüstanın Anaklia Dəniz Limanı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

"Report"un Gürcüstan burosu xəbər verir ki, sənədi Azərbaycan tərəfindən Taleh Ziyadov və Gürcüstan tərəfindən Levan Axveldiani imzalayıb.

Memorandumda iki ölkənin dəniz limanları arasında informasiya mübadiləsi, ticarət dövriyyəsinin artırılması və əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdə tutulub.

Taleh Ziyadov jurnalistlərə deyib ki, Anaklia limanı dərin limandır: "İki liman arasında imzalanan bu sənəd ölkələrimiz arasında iqtisadi əlaqələrlə yanaşı, dostluq əlaqələrimizin də genişlənməsinə təkan verəcək".

Son xəbərlər

Orphus sistemi