Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi sentyabrda istismara tam hazır olacaq

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi sentyabrda istismara tam hazır olacaq Azərbaycanın dövlət rəsmiləri son tamamlanma işləri ilə yaxından tanış olublar
İnfrastruktur
28 İyul , 2017 14:10
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi sentyabrda istismara tam hazır olacaq
Report.az

Tbilisi. 28 iyul. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsində həyata keçirilmiş işlərlə yerində tanış olublar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, dövlət rəsmiləri Gürcüstanın Tsalka rayonunda və Cavaxetiya bölgəsinin Ninotsminda və Axalkalaki rayonlarında dəmir yoluna baxış keçiriblər. Dəmir yolu xəttinin Marabda-Axalkalaki-Karsaxi-Türkiyə sərhədi hissəsində yerləşən Tsalka, Toparavani, Karsaxi stansiyalarında tikinti-quraşdırma və son tamamlama işləri ilə maraqlanıblar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini və səfir həmçinin Axalkalaki stansiyası kompleksində və Gürcüstan-Türkiyə sərhədində yerləşən 4200 metrlik tuneldə aparılan intensiv son tamamlanma işləri ilə yaxından tanış olublar.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin bu ilin sentyabr ayında istismara tam hazır olacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi