Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı artıq Kurık limanındadır

Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı artıq Kurık limanındadır Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək ilk yük qatarı oktyabrın 24-də Qazaxıstanın Kustanay stansiyasından Kurık limanına yola salınıb
İnfrastruktur
28 Oktyabr , 2017 14:58
Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı artıq Kurık limanındadır

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək Kustanay stansiyasından Türkiyənin Mersin şəhərinə taxıl aparan ilk yük qatarı artıq Qazaxıstanın Kurık limanındadır.

“Report”un xəbərinə görə, bu barədə “ADY Ekspress”dən AZƏRTAC-a bildirilib.

Məlumat verilib ki, yük qatarı Xəzər dənizində yeganə bərə operatoru olan “Azərbaycan Xəzər dəniz Gəmiçiliyi” QSC-nin gəmi-bərəsi vasitəsilə Bakı limanına nəql ediləcək.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək ilk yük qatarı oktyabrın 24-də Qazaxıstanın Kustanay stansiyasından Kurık limanına yola salınıb. İlk qatar Bakı Beynəlxalq Dəniz Ticarət Limanından oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək.

Son xəbərlər

Orphus sistemi