Yuxarı

"Bakı Taksi" bütün avtomobillərini GPS qurğularla təmin edib

Bunun vasitəsi ilə sistem avtomatik şəkildə ən yaxın taksini sifariş yerinə yönəldir

Bakı. 16 fevral. REPORT.AZ/ Bakı şəhərində yeni müştəri xidmətləri sistemi istifadəyə verilib. "Report" "Bakı Taksi" MMC-yə istinadən xəbər verir ki, quruma aid bütün avtomobilləri yerin təyin olunması üçün GPS qurğularla təmin edilib və onun köməkliyi ilə sistem avtomatik şəkildə sifariş olunan ünvana ən yaxın taksini sifarişin icrasına yönəldir.

Şirkətdən bildirilib ki, sifarişlər operatorlar tərəfindən qəbul olunur, müştərinin ünvanı tam dəqiqləşdirilir və yaxın olan sürücüyə onun yerləşdiyi məkan haqqında informasiya çatdırılır: "Bütün bunlar yeni tətbiq olunan proqram təminatının köməkliyi ilə həyata keçirilir. Nəticədə, müştəri ilə sürücünün ünsiyyəti minimuma endirilib. Müştərilər artıq Bakı şəhərinin hüdüdlarında istədikləri telefondan *9000 yığaraq taksi sifariş edə bilərlər".

Qeyd edək ki, stasionar telefon nömrələrindən zənglər ödənişsizdir. Müştəri Xidmətləri Mərkəzi 7/24 rejimində fəaliyyət göstərir. Bu avtomobillər 2011-ci il iyunun 13-dən Bakıda taksi kimi fəaliyyətə başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi