Yuxarı
    Bağlamaq

    Bakı-Sumqayıt qatarına bələdçi çatmır

    ADY qatarların əlavə bələdçilərlə təmin olunacağını bildirir

    Bakı. 5 yanvar. REPROT.AZ/ Bakı-Sumqayıt xətti üzrə hərəkət edən sərnişin qatarı reysində sərnişinlər bələdçi çatışmazlığı ilə üzləşib. "Report"un müşahidələrinə əsasən, adətən vaqonlarda bir bələdçi olduğu halda, bu gün bəzi vaqonlarda onların fəaliyyəti müşahidə edilməyib.

    Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov bildirib ki, hər qatarda 2-3 bələdçi olur: "Amma qatarlar əlavə bələdçilərlə təmin olunacaq. Heyət komplektləşdiriləcək və bütün qatarlarda bələdçilər olacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi