Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəli dəyişəcək

Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəli dəyişəcək Yanvarın 7-də təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq
İnfrastruktur
11 Avqust , 2017 12:01
Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəli dəyişəcək

Bakı. 11 avqust. REPORT.AZ/ Biləcəri stansiyasının tək yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq avqustun 13-dən 22-nə qədər Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yanvarın 7-də təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq. 

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a daxil olan məlumatda bildirilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər haqqında ətraflı məlumatı www.ady.az saytından əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi