Bakı-Sumqayıt elektrik qatarı iki gün işləməyəcək

Bakı-Sumqayıt elektrik qatarı iki gün işləməyəcək Bakı. 11 yanvar. REPORT.AZ/ Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti təmirlə əlaqədar ikigünlük ləğv ediləcək.
İnfrastruktur
11 Yanvar , 2019 10:07
Bakı-Sumqayıt elektrik qatarı iki gün işləməyəcək

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti təmirlə əlaqədar ikigünlük ləğv ediləcək. 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12-13-ü tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.

Son xəbərlər

Orphus sistemi