Yuxarı

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir

Qatarlar oktyabrın 8-dən etibarən yeni qrafiklə işləyəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 8-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən sərnişin elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. 

Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, Biləcəri-Keşlə mənzilinin tək yolunda təmas şəbəkəsinin əsaslı təmiri ilə əlaqədar Bakıdan 2016-cı il oktyabrın 8-dən, müvəqqəti olaraq, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı-sərnişin stansiyasından saat 07:40, 08:35, 09:35, 16:05, 17:40, 18:20, 18:40, 19:15, 19:40 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:40, 07:30, 07.50, 08:25, 09:25, 10:25, 16:55, 18:35 və 19:30-da yola düşəcək.

Bundan başqa, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli:

Qatar №-si Bakıdan getmə vaxtı İstiqamət Sumqayıt-sərn. çatma vaxtı Qatar №-si Sumqayıt-sərn. getmə vaxtı İstiqamət Bakıya çatma vaxtı
6001 7-40 Bakı- Sumqayıt-sərn. 8-18 6002 6-40 Sumqayıt-sərn. - Bakı 7-30
6003 8-35 Bakı- Sumqayıt-sərn. 9-15 6004 7-30 Sumqayıt-sərn. - Bakı 8-20
6005 9-35 Bakı- Sumqayıt-sərn. 10-15 6006 7-50 Sumqayıt-sərn. - Bakı 8-40
6007 16-05 Bakı- Sumqayıt-sərn. 16-45 6008 8-25 Sumqayıt-sərn. - Bakı 9-15
6009 17-40 Bakı- Sumqayıt-sərn. 18-20 6010 9-25 Sumqayıt-sərn. - Bakı 10-15
6011 18-20 Bakı- Sumqayıt-sərn. 19-00 6012 10-25 Sumqayıt-sərn. - Bakı 11-15
6013 18-40 Bakı- Sumqayıt-sərn. 19-20 6014 16-55 Sumqayıt-sərn. - Bakı 17-45
6015 19-15 Bakı- Sumqayıt-sərn. 19-55 6016 18-35 Sumqayıt-sərn. - Bakı 19-25
6017 19-40 Bakı- Sumqayıt-sərn. 20-20 6018 19-30 Sumqayıt-sərn. - Bakı 20-20
6019 20-45 Bakı- Sumqayıt-sərn. 21-25
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi