Yuxarı

Bakı-Şarm əş-Şeyx marşrutu üzrə müntəzəm uçuşların başlanma tarixi məlum olub

Uçuşlar həftədə bir dəfə həyata keçiriləcək

Bakı. 16 may. REPORT.AZ/ Misirin "Air Cairo" aviaşirkətinin həyata keçirəcəyi Bakı-Şarm əş-Şeyx marşrutu üzrə müntəzəm uçuşların başlanma tarixi məlum olub.

Aviaşirkətdən "Report"a verilən məlumata görə, marşrut üzrə ilk uçuş iyunun 3-də həyata keçiriləcək.

Məlumata görə, uçuşlar həftənin cümə günü "Airbus-320" təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə saat 09:30-da Bakıdan havaya qalxacaq, yerli vaxtla 11:00-da Şarm əş-Şeyxə eniş edəcək.

Əks marşrutla isə təyyarə saat 03:00-da havaya qalxıb, 08:30-da Bakıda olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi