Bakı-Rostov sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Bakı-Rostov sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək Dəyişiklik Rusiya tərəfdən qaynaqlanır
İnfrastruktur
25 Yanvar , 2018 16:09
Bakı-Rostov sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Bakı. 25 yanvar. REPORT.AZ/ “Rusiya Dəmir Yolları” ASC-nin sərnişin qatarlarının hərəkət cədvəllərində apardığı dəyişikliklərə əsasən, qonşu ölkəyə məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli yanvarın 27-dən dəyişdirilir.

“Report” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, qatar öz dövriyyəsi ilə - payız-qış mövsümündə dörd gündən bir, yay mövsümündə isə günaşırı hərəkət etməklə, yanvarın 27-dən isə ayın tək tarixlərində saat 03:25-də yola düşəcək.

Son xəbərlər

Orphus sistemi