Yuxarı

Bakı-Quba yolunun bir hissəsi bu il yenidən qurulacaq

Bakı. 22 fevral. REPORT.AZ/ “Bakı-Quba yolunun Şabran rayonun Gəndob kəndindən Sumqayıt şəhərinin Hacı Zeynəlabdin Tağıyev qəsəbəsinə qədər olan hissəsi bu il yenidən qurulacaq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

“Yolun bu hissəsinin çəkilişində bəzi texnoloji normalara riayət olunmayıb. Digər tərəfdən isə həmin yolla ağır tonlu yük maşınlarının hərəkətinin tənzimlənməsinə zəif nəzarət edildiyindən müəyyən qüsurlar yaranıb. Hazırda həmin qüsurların aradan qaldırılması üçün tədbirlər görürük. Müəyyən hissələrdə isə bu il yenidənqurma işləri görəcəyik. Beton yolun asfaltla əvəz olunması nəzərdə tutulmayıb. Yolu hissə-hissə bərpa edəcəyik”, - o qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi