Yuxarı

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda dəyişiklik edilib

Yolun 10-cu km-də çəkilmiş dairə ləğv edilib

Bakı. 24 iyun. REPORT.AZ/  Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 10-cu km-də Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə kəsişməsində (yol ötürücüsünün ərazisində) mövcud olan dairəvi hərəkət zamanı sıxlığın, ləngimələrin və tıxacların aradan qaldırılması məqsədi ilə hərəkətin təhlükəsizliyi baxımından müvafiq dəyişikliklər edilib. Bu, "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda qeyd edilib. 

Belə ki, həmin ərazidə yerləşən və asfalt üzərinə boya ilə çəkilmiş dairə ləğv edilib. Artıq avtonəqliyyat vasitələri həmin ərazidən birbaşa keçərək Sulutəpə dairəsi istiqamətinə hərəkət edə bilərlər. Bunun üçün ərazidə müvafiq yol nişanları da quraşdırılıb, yol ayrıcına isə xüsusi beton maneələr düzülüb.

Sözügedən avtomobil yolunda mövcud olan əvvəlki dairəyə yaxın səki daşları ilə yeni simmetrik dairə inşa edilib. Dairənin içərisinə tamet daşlar düzülüb.

Yenidənqurma işləri zamanı vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq həmin ərazidə 270 poqon-metr piyada səkiləri tikilib və zəruri ərazilərdə hazırda səkilərin tikintisi davam etdirilir. Səkilərin kənarlarına səki daşları, üzərinə isə tamet daşlar düzülür.

Ərazidə müvafiq yol nişanları quraşdırılıb, üfiqi nişanlama xətləri çəkilib və hazırda abadlıq işləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi