Bakı-Pirşağı-Sumqayıt dəmir yolu xəttinin təmiri davam edir

Bakı-Pirşağı-Sumqayıt dəmir yolu xəttinin təmiri davam edir Bu gün Bakı sərnişin stansiyasında 400 metr uzunluğunda dəmir yolu və bir dəst yoldəyişdirici qurğu qoyulacaq
İnfrastruktur
13 Dekabr , 2016 12:00
Bakı-Pirşağı-Sumqayıt dəmir yolu xəttinin təmiri davam edir

Bakı. 13 dekabr. REPORT.AZ/ Bakı-Pirşağı-Sumqayıt marşruti ilə 29,2 km uzunluğunda dairəvi dəmir yolunun təmir işləri çərçivəsində bu gün Bakı sərnişin stansiyasında 400 metr uzunluğunda dəmir yolu və bir dəst yoldəyişdirici qurğu qoyulacaq. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. 

Məlumata görə, əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Xatırladaq ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabrın 8-də start verilib. Bu günə kimi 3,3 kilometri Nərimanov – Böyükşor mənzilində, 1 kilometri Bakı sərnişin stansiyasında olmaqla, cəmisi 4, 3 km uzunluğunda yol qoyulub, eləcə də 2 dəst yoldəyişdirici qurğu quraşdırılıb.

Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Son xəbərlər

Orphus sistemi