Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda təmir işlərinə başlanılıb

Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda təmir işlərinə başlanılıb Bu, Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin nəqliyyat problemini qismən aradan qaldıracaq
İnfrastruktur
15 Noyabr , 2016 15:11
Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda təmir işlərinə başlanılıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakı-Pirşağı-Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmiri işlərinə start verilib. 

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

İlkin olaraq dairəvi dəmir yolunun Nərimanov-Böyükşor mənzilində 2,2 km uzunluğunda olan hissəsinin torpaq yatağının işlənməsinə başlanılıb. İndi torpaq yatağı hazırlanıb və bu gün yolun qoyuluşuna başlanılıb.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi həyata keçirir, işlər mərhələli şəkildə aparılır.

Bu gün 750 metr uzunluğunda yolun qoyuluşu planlaşdırılır. Hazırda 500 metr yol qoyulub.

"Ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq" - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi