Yuxarı
    Bağlamaq

    Bakı Nəqliyyat Agentliyi eyni şəxsin iki şirkəti ilə müqavilə bağlayıb

    BNA-nın keçirdiyi tenderlərdə üç şirkət qalib gəlib

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) dayancaq pavilyonlarının quraşdırılması xidmətinin satın alınması məqsədilə keçirdiyi açıq tender prosedurunda iştirak etmiş iddiaçıların təkliflərini qiymətləndirib.

    "Report" xəbər verir ki, nəticələr haqqında Tender Komissiyasının protokoluna əsasən, "Etnas-1" MMC qalib elan edilib və həmin təşkilatla satınalma müqaviləsi imzalanıb.

    Bundan başqa, BNA yol nişanlarının satın alıması məqsədilə keçirilmiş açıq tender prosedurunda iştirak etmiş iddiaçıların təkliflərini də qiymətləndirib. Tenderin nəticələri haqqında Tender Komissiyasının protokoluna əsasən, "Arsinal Holdinq" MMC qalib elan edilib və həmin təşkilatla satınalma müqaviləsi imzalanıb.

    BNA həmçinin lot-1 iri dayanacaq pavilyonları, lot-2 üzrə orta dayanacaq pavilyonlarının satın alınması məqsədilə keçirilmiş açıq tender prosedurunda iştirak etmiş iddiaçıların təkliflərini qiymətləndirib. Tenderin nəticələrinə əsasən, "SAR Qrup" MMC qalib elan edilib və həmin təşkilatla satınalma müqaviləsi imzalanıb.

    Qeyd edək ki, "Etnas-1" və "Arsinal Holdinq" MMC-lərin qanuni təmsilçisi (rəhbəri) Azad Əli oğlu İmanovdur, hər iki şirkət 2016-cı il dekabrın 27-də dövlət qeydiyyatından keçib və hüquqi ünvanları eynidir - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi,60.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi