Bakı Nəqliyyat Agentliyi tenderin vaxtını uzadıb

Bakı Nəqliyyat Agentliyi tenderin vaxtını uzadıb Agentlik bu qərarı iddiaçıların müraciətləri əsasında verib
İnfrastruktur
12 Avqust , 2017 15:23
Bakı Nəqliyyat Agentliyi tenderin vaxtını uzadıb

Bakı. 12 avqust. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) iyunun 13-də dayanacaq pavilyonlarının quraşdırılması (lot-1) və yol nişanlarının alınması (lot-2) ilə bağlı açıq tenderin keçirilməsi üçün verdiyi elan üzrə göstərilən müddətləri iddiaçıların müraciətlərini nəzərə alaraq uzadıb.

"Report" BNA-ya istinadən xəbər verir ki, iddiaçılar tender təklifi və bank təminatını 16 avqust saat 12:00-dək təqdim etməlidilər. Tender üzrə təqdim olunmuş zərflərin açılışı isə 17 avqust saat 15:00-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi