Bakı Nəqliyyat Agentliyi paytaxtın Xətai rayonunda nəqliyyatın sıxlığının azaldılması üçün təklif hazırlayıb

Bakı Nəqliyyat Agentliyi paytaxtın Xətai rayonunda nəqliyyatın sıxlığının azaldılması üçün təklif hazırlayıb Bakı. 11 noyabr. REPORT.AZ/ Bakının Fəzail Bayramov və Yusif Səfərov küçələrini birləşdirən iki istiqamətli, 4 zolaqlı yolda aparılan təhlillər nəticəsində müəyyən çatışmazlığın olduğu müəyyən edilib.
İnfrastruktur
11 Noyabr , 2017 10:50
Bakı Nəqliyyat Agentliyi paytaxtın Xətai rayonunda nəqliyyatın sıxlığının azaldılması üçün təklif hazırlayıb
Bna.az

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakının Fəzail Bayramov və Yusif Səfərov küçələrini birləşdirən iki istiqamətli, 4 zolaqlı yolda aparılan təhlillər nəticəsində müəyyən çatışmazlığın olduğu müəyyən edilib.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, F.Bayramov küçəsinin şərq hissəsində yaşayan əhalinin şəhər mərkəzinə gedərkən Y.Səfərov küçəsinə çıxmaq üçün yeni salınmış yoldan istifadə edə bilmir.

“Bu səbəbdən, hazırda alternativ olaraq Y.Səfərov küçəsinə çıxmaq üçün Babək və Xocalı prospektlərindən istifadə edilir ki, bu da günün pik vaxtlarında adıçəkilən hər iki prospektdə nəqliyyat yükünü əhəmiyyətli dərəcədə artırır. BNA mütəxəssislərinin hazırladığı həll planına əsasən, qeyd edilən ünvanda yaşayan sakinlərin Y.Səfərov küçəsinə qısa vaxt ərzində rahat çıxışını təmin etmək və yeni salınmış yolun funksionallığını artırmaq məqsədilə, F.Bayramov küçəsinin Babək prospekti ilə kəsişməsinə çatmamış geriyə dönmə yerinin təşkil edilməsi təklif edilir. Bu həll variantının reallaşması F.Bayramov küçəsinin şərq hissəsində yaşayan əhalinin Yusif Səfərov küçəsinə rahat çıxışının təmin edilməsinə, yeni salınmış yolun funksionallığının artırılmasına, Babək, Xocalı prospektləri və Afiyəddin Cəlilov küçəsində nəqliyyat yükünün qismən azaldılmasına imkan verəcək. Təklif baxılması üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib”, - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi