Yuxarı
    Bağlamaq

    Bakı Nəqliyyat Agentliyi mebel və inventarlar almaq istəyir

    Bununla bağlı qurum tender açıq elan edib

    Bakı. 17 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi mebel və inventarların alınmasına dair açıq tender elan edib. "Report"  xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

    Məlumata görə, tenderdə iştirak haqqı 500 manatdır. İddiaçılar ilkin sənədləri dekabrın 12-nə qədər, tender təklifi və bank zəmanətini isə dekabrın 14-nə qədər Agentliyin Bakı şəhəri, Ziya Bünyadov prospekti, 11 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Tenderdə iştirak etmək üçün şərtlər toplusu da bu ünvanda təqdim olunur. Əlaqələndirici şəxs Tural Mahmudovdur. 

    Təkliflərə dekabrın 15-də, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq. Prosesdə iddiaçının səlahiyyətli nümayəndəsi iştirak edə bilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi