Yuxarı
    Bağlamaq

    Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin istismarçılarına ciddi xəbərdarlıq edib

    Xəbərdarlığa məhəl qoymayanların avtobuslarının fəaliyyəti müvəqqəti dayandırıla bilər

    Bakı. 1 fevral. REPORT.AZ/ Hazırda Bakı şəhərində müşahidə edilən qarlı və şaxtalı hava küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb. "Report" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) müşahidə kameralarından əldə edilən məlumata əsasən, səhər saatlarında paytaxtın əksər küçə və prospektlərində, o cümlədən Heydər Əliyev prospekti (mərkəz istiqamətində), Yusif Səfərov küçəsi (mərkəzə doğru), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə, xüsusən də körpü və tunellərdə), A.Bakıxanov küçəsi (körpünün üstü), Tbilisi prospekti, Zığ yolu-Nobel prospekti, A.M.Sərifzadə küçəsi, Mətbuat prospekti və 20 Yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

    "Qarlı və şaxtalı havada sərnişin avtobuslarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə BNA gücləndirilmiş iş rejimində çalışır. Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara, xüsusən də 31, 39, 50, 53, 64, 77, 94, 205, 211 nömrəli marşrut xətlərinin müvəqqəti istismarçılarına hava şəraiti ilə əlaqədar xətlərə buraxılan avtobuslarda intervala əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, avtobusların texniki cəhətdən saz vəziyyətdə olması barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların qaraj və avtoparklardan reysə çıxmalarını təmin etmələri barədə təkrar və ciddi xəbərdarlıq edilib. Həmçinin, diqqətə çatdırılıb ki, istismarda olan sərnişin avtobuslarının hərəkəti yolun qarlı və buzlu olması səbəbindən sərnişinlərin və digər nəqliyyat iştirakçıları üçün təhlükə yaradacağı müşahidə olunarsa, avtobusların fəaliyyəti müvəqqəti dayandırılmalıdır", - deyə BNA-nın məlumatında qeyd edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi