Bakı metrosunda qatarların tuneldə qalması hallarına son qoyulacaq - ƏLAVƏ OLUNUB

Bakı metrosunda qatarların tuneldə qalması hallarına son qoyulacaq - ƏLAVƏ OLUNUB İlk xəbər saat 14:26-da verilib
İnfrastruktur
22 May , 2019 15:24
Bakı metrosunda qatarların tuneldə qalması hallarına son qoyulacaq - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 14:26-da verilib

"Bakı Metropoliteni" QSC ümumi gücü 39 MVT olan 17 ədəd generator alıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, hazırda generatorların sazlanması və quraşdırılması həyata keçirilir. 

"Məsələn, metroya xidmət göstərən "Azərişıq" ASC-nin 215 saylı yarımstansiyasında 2 ədəd dizel generatoru quraşdırılıb. Bunların hər biri 500 litr yanacaq tutur. Enerjinin tam kəsilməsi halında generatorlar işə düşəcək və işıqlandırma, eskalatorların hərəkəti, su və ventilyasiya sistemi üçün enerjini təmin edəcək. Həmçinin bu generatorlarla qatarların minimal hərəkətini təmin etmək mümkündür. Yəni qatarlar daha tuneldə qalmayacaq", - o bildirib.

***

"Azərişıq" ASC-nin Texniki Departamentinin baş mühəndisi Mehman Abbasov isə bildirib ki, generatorlar metroya xidmət göstərən yarımstansiyaların xüsusi sərfiyyatına xidmət edəcək: "Onlar yarımstansiyalardan qidalanan qatarların elektrik enerjisinə tələbatını qarşılayacaq, zərurət olsa, qatarların bir stansiyadan digər stansiyaya təhlükəsiz hərəkətini təmin edəcək. 9 ədəd 110 kV-luk yarımstansiyamızda tələbat gücünə uyğun olaraq 200-2 500, bir stansiyamızda isə 1 000 kV-lıq generatorların quraşdırılması və sazlanması işləri həyata keçirilir. "Bakı Metropoliteni" iri həcmli enerji daşıyıcısı olduğuna görə orada kompleks tədbirlər görülür''.

Bu işlər Prezident İlham Əliyevin tapşırığına əsasən dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi