Yuxarı
    Bağlamaq

    Bakı metrosunda qatarların hərəkətində gecikmə olub

    Yeraltı nəqliyyat vasitələri hərəkət cədvəlindən 10 dəqiqə geri düşüb

    Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmə müşahidə olunub.

    "Report" xəbər verir ki, "Yaşıl xətlə" hərəkət edən qatar hərəkət qrafiki üzrə 10 dəqiqə gecikməli olub.

    Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, səhər saatlarında qatarların birində nasazlıq olub. 

    "Nəticədə, qatarlar arasında interval pozulub. Ona görə də qatarların hərəkətində gecikmə baş verib. Lakin hazırda qrafik üzrə hərəkət bərpa olunub", - deyə  N.Paşayev əlavə edib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi