Bakı Metropolitenində sərnişin sıxlığı müşahidə olunan stansiyaların adları açıqlanıb

Bakı Metropolitenində sərnişin sıxlığı müşahidə olunan stansiyaların adları açıqlanıb Nəsimi Paşayev: "Qara görə, aparatların alınması iqtisadi cəhətdən düzgün deyil"
İnfrastruktur
9 Yanvar , 2015 10:51
Bakı Metropolitenində sərnişin sıxlığı müşahidə olunan stansiyaların adları açıqlanıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakı Metropoliteni qarlı hava ilə bağlı sərnişinlərin nisbətən sıxlıq təşkil etdiyi stansiyaların adlarını açıqlayıb. 

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin "Report"a verdiyi xəbərə görə, paytaxtın Günəşli kimi yüksək ərazilərində yollardakı buzlanma müşahidə edildiyindən, sərnişinlər daha çox "Əhmədli", "Həzi Aslanov", həmçinin Yasamal ərazisi də eyni vəziyyətdə olduğundan, "İnşaatçılar" və "20 Yanvar" metro stansiyalarından istifadə edir: "Buna görə də, həmin stansiyalarda səhər saatlarında sıxlıq müşahidə olunub. Lakin bunu qeyri-adi hal adlandırmaq olmaz".

N.Paşayev, həmçinin stansiyalarda əhalinin ən çox şikayət etdiyi gediş haqlarının kartlara yüklənməsi aparatlarının az olması məsələsinə də aydınlıq gətirib. O deyib ki, hazırda mövcud aparatların yenilənməsi və yenilərinin alınması məsələsi müzakirə olunur: "Eyni zamanda, daha müasir avadanlıqlardan istifadə məsələsi nəzərdən keçirilir".

"İctimai nəqliyyatda vahid kart sisteminə keçiddən sonra vətəndaşlar kartlarını istənilən yerdə yükləyə biləcəklər. Ümumiyyətlə, qara görə aparat alınması iqtisadi cəhətdən düzgün deyil. Eyni zamanda, sərnişinlər də ehtiyyatlı davranıb, əvvəlcədən kartlarına gediş haqqı yükləyə bilərlər", - deyə Metropoliten təmsilçisi qeyd edib. 

Son xəbərlər

Orphus sistemi