Yuxarı

Metronun “Xətai” stansiyası avqust ayında sərnişinlərin istifadəsinə veriləcək

"Bakı Metropoliteni”nin "Xətai" stansiyasında 4 eskalator olacaq

"Bakı Metropoliteni”nin "Xətai" stansiyası avqust ayında açılacaq".

"Report" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

H.Məmmədovun sözlərinə görə, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir: “Biz çalışırıq ki, “Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.

Qeyd edək ki, "Xətai" stansiyası 1968-ci ildə istismara verilib. Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalator quraşdırılıb. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək. 

Xatırlatmaq yerinə düşər ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.

"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurəti yaranıb. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni”nin “Xətai” stansiyası keçən ilin sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanıb. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılıb. Bütün təmir-bərpa və quraşdırma işlərinin bu il avqustun 10-da başa çatdırılması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi