Bakı Metropoliteni nasos və ehtiyat hissələri axtarır

Bakı Metropoliteni nasos və ehtiyat hissələri axtarır Tender bir lot üzrə keçirilir, iştirak haqqı isə 200 manatdır
İnfrastruktur
14 Aprel , 2017 14:41
Bakı Metropoliteni nasos və ehtiyat hissələri axtarır

Bakı. 14 aprel. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC nasos və ehtiyat hissələrinin alınması üzrə açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, tender bir lot üzrə keçirilir və iştirak haqqı 200 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 may saat 18:00-dək, tender təklifi və bank təminatını isə 19 may saat 18:00-dək Bakı şəhəri, M.Rəfili küçəsi,20 ünvanına tədqim etməlidirlər.

İddiaçıların təklifləri 22 may saat 15:00-da göstərilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi