Bakı Metropoliteni avtomobillərin alınması üçün tender keçirir

Bakı Metropoliteni avtomobillərin alınması üçün tender keçirir Qurum müxtəlif təyinatlı avtonəqliyyat vasitələri almaq niyyətindədir
İnfrastruktur
13 May , 2016 21:00
Bakı Metropoliteni avtomobillərin alınması üçün tender keçirir

Bakı. 13 may. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC müxtəlif markalı avtomobillərin satın alınması ilə bağlı açıq tender keçirir.

"Report"un "Respublika" qəzetinə istinadən verdiyi məlumata görə, müsabiqə üç lot üzrə keçirilir. Tender iştirakçılarının lazımi maliyyə və texniki imkanlara malik olması tələb edilir. Hər lot üzrə iştirak haqqı 200 manat təşkil edir.

Tenderin ilk lotu üzrə universal yükdaşıma miniven avtomobilinin, ikinci lot üzrə yolsuzluq avtomobilinin, üçüncü lot üzrə isə qəza-bərpa maşınının alınması nəzərdə tutulur.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri iyunun 17-dək, tender təklifi və bank sənədlərini isə iyunun 28-dək Metropolitenin icaraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi