Bakı, Aktau və Türkmənbaşı limanlarında əməliyyatlar sürətləndiriləcək

Bakı, Aktau və Türkmənbaşı limanlarında əməliyyatlar sürətləndiriləcək “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi Asiya və Avropa partnyorlarını bir araya gətirir. İpək Yolu layihəsinin yenilənməsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanın da çox böyük rolu var. Bu Çindən Mərkəzi Asiya və Avropanı əhatə edən layihədir ki, biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) bu layihənin bir hissəsi kimi görürük. Eyni zamanda da düşünürük ki, bu layihə ATƏT-i regiona daha da yaxınlaşdıracaq.
İnfrastruktur
14 İyun , 2019 11:36
Bakı, Aktau və Türkmənbaşı limanlarında əməliyyatlar sürətləndiriləcək

Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi Asiya və Avropa partnyorlarını bir araya gətirir. "İpək Yolu" layihəsinin yenilənməsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanın da çox böyük rolu var. Bu Çindən Mərkəzi Asiya və Avropanı əhatə edən layihədir ki, biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) bu layihənin bir hissəsi kimi görürük. Eyni zamanda da düşünürük ki, bu layihə ATƏT-i regiona daha da yaxınlaşdıracaq".

"Report" xəbər verir ki, bunu Bakı Limanı və ATƏT-lə birlikdə keçirilən “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin açılış mərasimində çıxış edən Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin rəisi Kamil Xasıyev deyib.

Onun sözlərinə görə, hazırlanan yeni qanun layihəsinin icrası nəticəsində 3 qardaş limanda- Bakı, Aktau və Türkmənbaşı limanlarında əməliyyatlar sürətləndiriləcək: "Yeni layihə 3 Xəzər dövlətinin nüfuzunu artıracaq. Bu layihə 3 liman və daha geniş ərazidə nəqliyyatı gücləndirəcək. Eyni zamanda bu layihə rəqəmsal texnologiyalarının limanlarda tətbiqinə kömək edəcək ki, bu da ticarəti sürətləndirəcək. Düşünürəm ki, layihəmiz Xəzər regionunda ətraf mühitin qorunması və liman əməliyyatlarını sürətləndirən mühüm addımlardan biri olacaq. Limanlarda avtomatlaşdırma və rəqəmsallaşdırma prosesləri, yol xəritələrinin hazırlanması, enerji istifadəsi imkanları üçün müvafiq texniki-iqtisadi əsaslandırmanın yazılması da nəzərdə tutulub”.

Son xəbərlər

Orphus sistemi