Yuxarı

​Bakı Limanı Çinin logistika parkları ilə əməkdaşlıq etmək niyyətindədir

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndə heyəti Çində səfərdə olub

Bakı. 13 noyabr. REPORT.AZ/ "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktorunun logistika məsələləri üzrə müşaviri Tural Əliyev və Limanın İstismar Xidməti müdirinin icraçı assistenti Alvin Çen Çonqçində (Çin) keçirilən beynəlxalq tədbirdə iştirak ediblər.

Bakı Limanından “Report”a daxil olan xəbərə görə, sözügedən tədbir Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi məqsədi ilə "KZT Express"in Kiev (Ukrayna), İstanbul (Türkiyə) və Klaypeda (Litva) şəhərlərində noyabrın 7-27-də təşkil olunan roud-şounun başlanğıc nöqtəsidir.

Burada Qazaxıstanın "Qazaxıstan Dəmir Yolları" SC, "KZT Express" və Aktau Limanı, Gürcüstanın "TransQafqaz Terminalları" və Batumi Limanı, Çinin Lian Yun Limanı, Minşenq Logistika və Çonçinq Logistika parkları da təmsil olunub.

Eyni zamanda, tədbir çərçivəsində Bakı Limanının nümayəndə heyəti Çonqçin Logistika Parkına səfər edib,parkın məsul komandası ilə görüşüb, onlara Bakı Limanı haqqında təqdimat keçirib. Görüş çərçivəsində Çonqçin Logistika Parkı və Bakı Limanı arasında gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Bundan başqa, nümayəndə heyəti Çinin böyük logistika mərkəzi olan Minşenqdə də səfərdə olub, mərkəzin iş prinsipləri ilə yaxından tanış olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi